Bu gün rejissor Vahid Mustafayevin lentə aldığı “Qanlı Yanvar” filminin təqdimatı olacaq.
Axşam.az-ın məlumatına görə, bu münasibətlə ekran işində baş rollarda çəkilən türkiyəli aktrisa Nəbahət Çehrə və amerikalı kinoaktyor Leyn Devis Bakıya gəliblər. ANS-ə açıqlama verən L.Devis bunları deyib:
“Qanlı Yanvar” filmindən təklif gələndə məmnuniyyətlə qəbul etdim. Burada jurnalist obrazını canlandırmışam”.
Nəbahət Çehrə isə filmi izləməyi səbirsizliklə gözlədiyini bildirib:
“Dramatik bir filmdir. Rolu çox sevərək qəbul etdim. İnanıram ki, gözəl oldu. Mən də tamaşaçılar kimi filmi səbirsizliklə gözləyirəm”.
