|
Üç türk hərbçisi İŞİD-in əlindədir

Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi İŞİD-in əlindədir. Cia.az saytı xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Fikri İşık məlumat verib.

Fikri İşık  bildirib ki, bu barədə yayılan məlumatlar dəqiləşdirilir: “Hazırda 3 əsgərimizin İŞİD terror qruplaşmasının əlində olduğuna dair bizdə məlumatlar var. Bunu araşdırırıq, lakin digər bilgilər təsdiqini tapmayıb. Hazırda Azad Suriya Ordusu ilə birlikdə Əl-Babın ən kritik ərazisini İŞİD-dən təmizləmişik. Gələcəkdə görəcək çox işlərimiz var”.

Cia.az