|
Müdafiə Nazirliyindən hərbçilərin maaşının gecikdirilməsi xəbərinə REAKSİYA

Müdafiə Nazirliyi hərbçilərin maaşlarının gecikdirilməsi ilə bağlı mətbuat da yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Cia.az-a verilən məlumatda qeyd olunur ki, hərbçilərin maaşlarının gecikdirilməsi barədə bəzi saytlarda dərc olunan yazıların heç bir əsası yoxdur:

“Dekabr ayı üçün Silahlı Qüvvələrin şəxsi heyətinə ödənilməsi nəzərdə tutulmuş pul təminatı tam həcmdə çatdırılıb. Hazırda bu sahədə heç bir problem mövcud deyil”. 

Cia.az