|
Bağlanan 10 bankın əmanətçilərinə 721 mln. manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ümumilikdə 721,057 mln. manatdan artıq kompensasiya ödənilib.

Bu haqda Fonddan Cia.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 914 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 421 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 22 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-dən artıq) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 127 min manatdan artıq kompensasiya verilib.
 

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 243 min manatdan artıq kompensasiya verilib.
 

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 80 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 204 min manatdan artıq kompensasiya ödənişi icra edilib.
 

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 433 mln. 483 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98%-i əmanətçilərə ödənilib.

Cia.az