|
"Brent" markalı neftin qiyməti artıb
Şimal dəniz qatışığı olan "Brent" markalı neftin qiyməti 0,80% bahalaşaraq bir barel üçün 54,90 dollara çatıb.
 
"Report" xəbər verir ki, bu barədə Qitələrarası Birjada (Intercontinental Exchange) keçirilən hərracların nəticələri deməyə əsas verir.
 
Bakı vaxtı ilə 8:20-yə olan məlumata görə, WTI markalı neft də 0,46% artaraq bir barelə görə 52,73 dollara satılıb.
cia.az