|
Rusiya və Türkiyə yeni aviareyslərin açılmasına dair razılığa gəliblər
Rusiya və Türkiyənin mülki aviasiya qurumları arasında iki ölkə arasında yeni aviareyslərin açılmasına dair razılıq əldə olunub.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeni uçuşlar İstanbul – Jukovski, İstanbul - Qroznı,  Moskva – Antalya marşrutları üzrə həyata keçiriləcək.  
 
Məlumata görə, iki ölkə arasında anlaşma memorandumu 20-21 dekabr tarixlərində Moskvada imzalanıb. 
cia.az