|
London metrosunun işçiləri tətil keçirmək niyyətindədirlər
London metrosunun işçiləri etiraz əlaməti olaraq yanvarın 8-də 24 saatlıq tətil keçirmək niyyətindədirlər.
 
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, tətil əməyin ödənilməsi şərtlərinin pisləşməsi və işçi heyətinin ixtisarı ilə əlaqədardır.
 
İşə getmək üçün metrodan istifadə edənlərə bu problem yaradacaq.
cia.az