|
Emin Mahmudov Portuqaliya çempionatında ilk qolunu vurdu
Bu dəqiqələrə tutbol üzrə Portuqaliya çempionatında "Nasional" və "Boavişta" arasında matç keçirilir.
 
Virtualaz.org xatırladır ki, Azərbaycanın yığmasının iki futbolçusu - Kamran Ağayev və Emin Mahmudov "Boavişta"nın heyətində çıxış edirlər.
 
Xoşdur ki, Emin Mahmudov Portuqaliya çempionatında özünün birinci qolunu vurmağı bacarıb. O, 11-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb və komandasını irəli çıxarıb.
 
Birinci hissə "Boavişta”nın xeyrinə başa çatıb-2:0. Matç davam edir. "Boavişta" qələbə qazansa, 20 xalla yarış cədvəlində 7-ci yeri bölüşəcək.
cia.az