|
Şimali Koreyadan NATO-ya sərt cavab: “Sizə aidiyyatı yoxdur”

Şimali Koreya NATO-nun nüvə fəaliyyəti ilə bağlı təklifini rədd edib. 


Musavat.com-un məlumatına görə, rəsmi Pxenyan NATO-ya “sizə aidiyyatı yoxdur” cavabını verib. 
 
Qeyd edək ki, NATO Şimali Koreyaya nüvə həvəsindən vaz keçmək barədə çağırış etmişdi.
 
KXDR-in NATO-ya cavabı rəsmi KCNA agentliyində dərc olunub. “İşi Şimali Atlantik bölgəsində sülh və təhlükəsizliyi təmin etmək olan NATO-nun Şimali Koreyanın daxili işlərinə qarışması normal deyil”, -rəsmi xəbər agentliyində yer alan xəbərdə deyilir. 
 
Bundan əlavə, məqalədə NATO ABŞ-a xidmət etməkdə günahlandırılıb. 
Cia.az