|
Güclü külək iki TIR-ı aşırdı
Türkiyənin Hatay bölgəsində güclü külək ağır fəsadlar törədib.
 
Axar.az xəbər verir ki, vilayətin İsgəndərun rayonunda külək ağırtonnajlı maşınları devirib. Elektrik dirəkləri, avtomobil yollarındakı nişanlar aşıb. İsgəndərun-Adana magistralında iki TIR-ın aşması nəticəsində həmin yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. 
 
Yollarda baş verən hadisələr zamanı iki nəfər yaralanıb.