|
Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını qabaqlayıb
Rusiya neft hasilatının həcminə görə cari ilin oktyabr ayında Səudiyyə Ərəbistanını qabaqlayıb.
 
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rosstat-ın saytında dərc edilmiş məlumatda bildirilir.  
 
Məlumata görə, neft hasilatının gündəlik orta göstəricisi ay ərzində  Səudiyyə Ərəbistanında 10,532  mln. barel,  Rusiyada isə 10,754  mln. barel təşkil edib.     
 
Yanvar-oktyabr ayları ərzində isə Rusiya, ümumilikdə, 212,6 mln. ton neft və qaz kondensatı ixrac edib.