Azərbaycanın tanınmış kino aktyoru, Xalq artisti Muxtar Maniyev dekabrın 22-də 81 yaşında dünyasını dəyişib.
Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb.
M.Maniyev konkret ampluası olmayan aktyorlardan idi. O, müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradıb.
Muxtar Maniyev məhsuldar sənətçilərdəndir. 130-dan çox ekran əsərində rol alıb. Bundan başqa, "Mozalan" satirik kinojurnalının əksər bədii süjetlərində onun da yaddaqalan rolları var.
Böyük sənətkar Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkirdi. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il avqustunda sol ayağı, 2016-cı ilin mart ayında sol ayağı amputasiya olunmuşdu. (modern.az)








1482386358.jpg)
cia.az
