|
Hazırkı vəziyyət diktə edir ki, Moskva...
Hazırkı vəziyyət onu diktə edir ki, Moskva, Tehran və Ankara Suriya ilə bağlı birgə səylərini artırmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin Moskva görüşünün nəticələrini şərh edən politoloq, millət vəkili Rasim Musabəyov deyib.
“Rusiya, İran və Türkiyə səylərini birləşdirmədiyi halda Suriyada heç zaman sabitlik olmayacaq. Moskva görüşünün nəticələrinə gəlincə, hesab edirəm ki, bu barədə hələlik nəsə söyləmək çətindir”.
Qeyd edək ki, Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri dekabrın 20-də Moskvada Suriya məsələsini müzakirə ediblər. Görüşün yekunu olaraq Suriyadakı böhranın həll edilməsi üçün siyasi proseslərin sürətləndirilməsi ilə bağlı ortaq bəyannamə qəbul edilib. Tərəflər Suriya hökuməti ilə müxaliflər arasında bir razılıq əldə edilməsi üçün fəaliyyətə başlamağa hazır olduqlarını bildiriblər.
Cia.az