|
Oğlundan Leyla Əliyevaya sürpriz

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevaya oğlu Əli sürpriz edib. 

Axşam.az-ın məlumatına görə, oğlu ona üzərində “Ana, mən səni sevirəm” yazılmış və ürək rəsmi çəkilmiş açıqca hazırlayıb. Açıqcanın fotosu L.Əliyevanın rəsmi İnstaqram səhifəsində paylaşılıb.

Qeyd edək ki, L.Əliyeva müğənni-bəstəkar Eminlə ailəlidir. Onların Əli və Mikayıl adlı əkiz övladları var.