Türkiyə bu cinayəti işıqlandıracaq. Heç şübhəniz olmasın.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş sui-qəsdə qurban gedən rus səfir Andrey Karlovun həyat yoldaşı Marina Karkova müraciətində bildirib.
Rusiya səfirliyini ziyarət edən Türkeş Marina Karkova başsağlığı verib: "Terrorçuların məqsədlərinə çatmalarına icazə verməyəcəyik. Karlov Türkiyəyə gəldiyi gündən iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirmək üçün çalışdı", - Türkeş qeyd edib.
cia.az
