|
Rusiya: “Terroru Qərbin səhvləri qloballaşdırdı”
Qərbin Yaxın Şərqdəki səhvləri terrorizmin qloballaşmasına səbəb oldu.
 
Axar.az xəbər verir ki, bunu “Mir” televiziyasına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
 
“Bir müddət öncə Berlində baş verən teraktın əsas səbəbkarı Almaniyanın yarıtmaz miqrasiya siyasətidir. Qərb həmçinin Yaxın Şərqdə də böyük səhvlər buraxdı. Rusiya Prezidenti Vladimir Putin heç vaxt Qərbin rəngli inqilablar zamanı, Liviya və İraqdakı fəaliyyəti ərzində buraxdığı bütün səhvlərə münasibətini gizlətməyib. Bu səhvlər terrorizmin qloballaşmasına səbəb oldu”, – deyə, o bildirib.
Cia.az