|
Qazaxıstanda “Su-27” qırıcısı qəzaya uğrayıb
Qazaxıstanda gecə şəraitində təlim uçuşu zamanı “Su-27” qırıcısı qəzaya uğrayıb.
 
APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. Pilot təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırıb və zamanında təyyarədən atıla bilib. Hazırda onun  vəziyyəti qənaətbəxş qiymətləndirilir.
 
Hadisənin təfərrüatları araşdırılır. 
cia.az