|
“Borussiya”nın baş məşqçisi qovuldu
Mönhenqladbax “Borussiya”sı baş məşqçisi Andre Şubertlə yolları ayırıb.
 
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi komandanın uğursuz çıxış etdiyi üçün baş məşqçini istefaya göndərib.
 
Qeyd edək ki, Bundesliqada 16 turdan sonra 16 xal toplayan “Borussiya” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
cia.az