|
Malayziyada hərbi təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var
Malayziyanın Penanq ştatında hərbi təyyarə qəzaya uğrayıb.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
 
Qəza təlim uçuşu zamanı “Buttervort” hərbi bazasında baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.
 
Malayziya Hərbi-Hava Qüvvələri təyyarənin qəzaya uğramasının səbəblərinə dair hələ ki, açıqlama verməyib. 
cia.az