|
Türkiyədə 20 terrorçu tutuldu

Türkiyənin Siirt əyalətində PKK üzvlərinə qarşı əməliyyat keçirilib. 

Əməliyyat nəticəsində PKK terror təşkilatı ilə əlbir olmaqda şübhəli bilinən 20 nəfər həbs olunub. 
 
Əməliyyat əyalət prokurorluğunun apardığı terror istintaqı çərçivəsində Siirtin Pervari, Eruh, Baykan, Kurtulan rayonlarında təşkil olunub. 
Cia.az