|
"Ceyş əl-Fəth" səfirin qətlinin məsuliyyətini öz üzərinə götürdü

"Ceyş əl-Fəth" silahlı koalisiyası Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Trend-in məlumatına görə, bu barədə "Əs-Sumariya" telekanalı xəbər yayıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

cia.az