|
Peskov: Rusiya və ABŞ arasında münasibətlər acınacaqlı vəziyyətdədir
Rusiya və ABŞ arasında hazırkı münasibətlər kəskin inamsızlıq səviyyəsi ilə xarakterizə olunur. Trend RİA Novosti agentliyinə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
O bildirib ki, kəskin inamsızlıq təəssüf ki, ABŞ və Rusiya arasında ikitərəfli münasibətləri müşayiət edir:
 
"Bu münasibətlər hazırda acınacaqlı vəziyyətdədədir. Prezident Putin davamlı olaraq çalışır ki, münasibətlər bu vəziyyətdən çıxsın”.
Cia.az