|
Putin səfirin ölümünə görə mətbuat konfransını təxirə salır

Rusiya prezidenti Vladimir Putin Türkiyədə öldürülən səfir Andrey Karlovun dəfn mərasimində iştirak edəcəyi üçün həmin tarixə təyin olunan jurnalistlərə ənənəvi görüşü təxirə salır.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

 

O, jurnalistlərə geniş mətbuat konfransının dekabrın 23-nə keçirildiyini deyib.

 Cia.az