|
Hacıqabulda yol qəza baş verib, yaralananlar var
Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Cia.az