|
Dövlət Departamenti Minsk razılaşmalarının pozulmasında Rusiyanı günahlandırıb
ABŞ Dövlət Departamenti Donbasda vəziyyətin gərginləşməsi ilə bağlı Minsk razılaşmalarının açıq-aydın şəkildə pozulmasında Rusiyanı günahlandırıb.  
“ABŞ Ukraynanın şərqində son vaxtlar zorakılıq hallarının artmasından çox narahatdır. Son iki gündə əlavə Ukrayna ərazilərini ələ keçirmək məqsədi ilə törədilən separatçı  hücumlar nəticəsində  6 ukraynalı hərbçi həlak olub və 33 nəfər yaralanıb.   Bu  2015-ci ilin iyunundan bu vaxtadək iki gün ərzində qeydə alınan ən çox itkidir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi brifinqdə bildirib.  
 
“Bu Minsk sazişi üzrə Rusiyanın üzərinə götürdüyü öhdəliklərin açıq-aydın pozulmasıdır.  Biz, zorakılığı dayandırmaq,  ATƏT müşahidəçilərinin tam və maneəsiz hərəkətini təmin etmək üçün Rusiyanı separatçılara təsir gücündən istifadə etməyə çağırırıq”, deyə Kirbi qeyd edib. /APA/
cia.az