|
Dağıstanda polisə atəş açan iki şəxs öldürülüb
Dağıstanda polis əməkdaşlarına atəş açan iki silahlı şəxs öldürülüb. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dağıstanın Qarabudağkənd rayonunun Manas kəndi yaxınlığında polis əməkdaşları sənədləri yoxlamaq məqsədi ilə “VAZ-2109” markalı avtomobili saxlayıblar. Bu zaman  maşındakı silahlı şəxslər polis əməkdaşlarına atəş açıblar.  
 
Cavab atəşi ilə iki şəxs öldürülüb.  
 
Hadisə yerinə əməliyyat-istintaq qrupu işləyir.
cia.az