|
Azərbaycan Diasporu həyatını itirən Rusiya Səfirinin xatirəsini yad etdi
Rusiya XİN  qarşısında Azərbaycan diaspor nümayəndələri tərəfindən Ankarada güllələnərək həyatını itirən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun xatirəsi anılıb.
Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı fondunun Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan, Türkiyə diasporlarının, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələri Ankarada dünyasını dəyişən Səfirin xatirəsini yad etmək məqsədilə Rusiya XİN qarşısına toplaşıblar. 
XİN önünə gül dəstələri qoyulub, dünyasını dəyişən səfirin ruhuna dualar oxunub. 
İştirakçılar birlik nümayiş etdirərək, terror aktını qətiyyətlə pisləyiblər, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər. 
Çıxış edən ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili Azərbaycanın və Rusiyanın da Türkiyə kimi terrordan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin nə dininin, nə də millətinin olmadığını vurğulayıblar. O, bu çətin və ağrılı günlərdə bütün Azərbaycan, Rusiya və Türkiyə xalqlarını bir olmağa səsləyib. 
T.Allahverdili çıxışının sonunda ASALA terror təşkilatı tərəfindən onlarca türk diplomatının oldürüldüyünü də xatırladıb.
Cia.az