|
Balotelli yenidən milliyə çağırıla bilər

"Nitsa"nın futbolçusu Mario Balotelli yenidən İtaliya millisinə çağırıla bilər.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə yığmanın yeni baş məşqçisi Campetro Ventura məlumat verib.

O deyib ki, mart ayında millinin oyunları öncəsi M.Balotelli ilə görüşəcək.

Görüşdən sonra Ventura onu yığmaya çağırıb-çağırmayacağı ilə bağlı qərar verəcək.

Qeyd edək ki M.Balotelli sonuncu dəfə 2014-cü ildə milliyə dəvət edilib.

Cia.az