|
Rusiyalı səfirin ölüm anını çəkən fotoqraf:

“Associated Press” agentliyinin fotoqrafı Burhan Özbilici Ankarada rusiyalı səfirin öldürülmə anını fotoaparatının yaddaşına köçürüb. 
Fotoqraf təsadüfən hadisə yerinə gəldiyini deyib.

“Bu standart bir tədbir idi, amma qara kostyumlu və qalstuklu şəxs tapança çıxaranda hamı şoka düşdü. İlk anda düşündüm ki, bunların hamısı diqqət cəlb etmək üçün bir oyundur. Amma sonradan hər şeyin qabaqcadan düşünülmüş bir amansız cinayət olduğunu anladım. Hamı kimi qorxmuşdum, amma divara söykənib öz işimlə - foto çəkməklə məşğul oldum”.

Burhan Özbilici hələ də hadisənin şokunu yaşamaqda davam etdiyi söyləyib.

Cia.az