|
Avtomobildən tapança və tüfəng tapıldı

Şirvan şəhər sakininin avtomobilindən silah tapılıb. Cia.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fərid Cəbrayılova məxsus "VAZ-2121" markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan "Churchill" markalı ov tüfəngi və "GAMO" markalı tir tapançası aşkar edilərək götürülüb.

Araşdırma aparılır. 

Cia.az