Bakıda qanunsuz dollar dəyişən şəxs tutulub.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İXM-in müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.
Cia.az
