|
Türkiyədəki səfirliyimiz gücləndirilmiş iş rejiminə keçdi

Ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsindən sonra Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliklərinin fəaliyyəti məsələsi də aktuallaşıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Cia.az-a bununla bağlı açıqlama verib.

XİN rəsmisi bildirib:

“Azərbaycanın  Türkiyə Respublikasındakı diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər”.

Cia.az