“Azərişıq” ASC ilə “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyətindən üç ilə yaxın vaxt keçir. 2014-cü ilin may ayından etibarən Bakı şəhərində və 2015-ci ilin aprel ayından isə regionlar daxil 11 “ASAN Xidmət” mərkəzlərində 172.243 nəfərdən çox abonentin müraciəti qəbul edilib və bu müraciətlər qısa müddətdə həll olunub.
Habelə bu günlərdə “Azərişıq” ASC səyyar “ASAN Xidmət” vasitəsi ilə Cəlilabad rayonun bir sıra kəndlərində elektrik sayğacı quraşdırmaq istəyən vətandaşların müraciətlərinə ən qısa vaxt müddətində baxılmasını, şəffaflığın təmin edilməsini, müasir texnologiyaların tətbiqini və bütün əməliyyatların “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini təmin edib.
Əvvəllər evlərinə elektrik xətti çəkmək və elektrik sayğacı quraşdırmaq məqsədilə 10 gün müddətinə alınan texniki şərt səyyar xidmətlə bir saat ərzində əldə edilib və iki günə 68 nəfərə xidmət göstərilib. Rayon sakinləri ilk dəfə həyata keçirilən bu layihədən razılıqlarını bildiriblər.

“Asan xidmət” mərkəzlərində abunəçilərimiz;
Ø Borcun olmamasına dair arayışın verilməsi
Ø Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi
Ø Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması
Ø Smart kartların bərpası və yenisinin verilməsi
Ø Qeyri əhali qrup istehlakçıları üçün üzləşmə aktının verilməsi
Ø Borcun araşdırılması
xidmətlərindən yararlana biliblər.
Texniki şərt almaq istəyən yeni abunəçilər üçün yaranan vaxt itkisinə son qoymaqla yanaşı, tez bir zamanda evlərə elektrik enerjisinin verilməsini təmin edilib. “ASAN Xidmət” vasitəsi ilə əhaliyə səyyar xidməti digər rayonlarda da davam etdiriləcəkdir.
Onu da qeyd etmək lazımdır ki, yaradılmış elektron xidmətlərdən abonetlərimiz mənzillərindən ayrılmadan “Azərişıq” ASC-nin rəsmi internet səhifəsi üzərindən və Elektron Hökumət Portalı vasitəsi ilə təqdim edilən elektron xidmətlərimizdən də faydalana bilərlər.
Cia.az
