|
ABŞ və Almaniya ilə ərəb ölkələri arasında neft və terror gərginliyi
Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ iqtisadiyyatına sərmayə qoyuluşunu dayandırıb. Qərar ən azı yeni seçilmiş prezident Donald Trampın and içib vəzifəsinin icrasına başlayacağı və strategiyasını elan edənə qədər qüvvədə olacaq. Qərarın səbəbi isə ABŞ Konqresinin 11 sentyabr hadisələri ilə bağlı Səudiyyə Ərəbistanını ittiham edən və Riyada qarşı məhkəmə iddiası qaldırmaq üçün hüququ verən qanunun qəbuludur. ABŞ Konqresinin yayda imzaladığı bu qanun Səudiyyə Ərəbistanı rəsmilərinin 11 sentyabr terror hadisələrinin maliyyələşməsində iştirakda ittiham edir və məhkəmə iddialarının önünü açırdı.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hakimiyyəti bu qanuna sərt təpki göstərib. Krallığın ən ciddi etirazı isə Səudiyyə maliyyə fondlarının ABŞ birjalarından çəkilməsi ilə bağlıdır. Ancaq indiyə qədər bu qərarın icra edilmədiyi bilinirdi. İndi isə məlum olur ki, artıq Krallıq qərarını verib, hökumət fondları böyük yatırımlar etmirlər. Mələ ondadır ki. Donald Tramp hələ seçkilərdən əvvəl bəyan edib ki, seçiləcəyi təqdirdə “masasına gələcək bu qanunu imzalayacaq”.
 
Image result for Neft
 
Digər tərəfdən, Donald Tramp ABŞ-ın neft istehsalının artırılması və idxalın azaldılmasının tərəfdarıdır. ABŞ-da neft-kimya sahəsinə yatırım qoymağa çalışan Səudiyyə şirkətlərinin daha çox pay almasını isə Trampın müşavirləri istəmirlər. Yəni başqa sözlə Donald Tramp ABŞ-ın xarici ölkələrdən, o cümlədən Səudiyyədən neft asılılığını azaltmağa, o cümlədən yerli şirkətlərdə xarici payın azaldılmasında maraqlıdır. Hər iki halda bu vəziyyət Riya və Moskva arasında münasibətlərin pisləşməsinə işarədir.

Əgər Tramp Səudiyyə ilə bağlı mövqeyini dəyişməsə, fəaliyyətə başladıqdan sonra məlum qanunu imzalasa, bu, münasibətlərin soyumasına gətirəcək. Bu məsələdə ərəb fondlarının Hillari Klintona dəstək verməsi, hətta seçki fonduna pul yatırması amilinin də rolu ola bilər. Səudiyyə Ərəbistanı fondlarının ABŞ-da 800 milyard dollara yaxın nağd pulu var. Bu pulların geri çəkilməsi ABŞ iqtisadiyyatına böyük zərbə ola biləcəyi haqda iddialar var.

Image result for İSİS
 
Məsələ burasındadır ki, Yaxın Şərqdə İŞİD və digər islamçı terror qruplaşmalarının fəallaşması bərabərində zəngin ərəb şeyxlərinin, o cümlədən bir sıra dövlət orqanlarının bu cür qruplaşmalara dəstək verməsi ilə bağlı iddialara səbəb olub. Bir sıra Qərb analitik mərkəzlərinin hesabatlarında açıq şəkildə qeyd olunur ki, Yaxın Şərqin ərəb dövlətləri bir çox hallarda rəqiblərinə qarşı bu cür terror təşkilatlarına gizli maliyyə və təchizat dəstəyi verirlər. Bu isə Qərbdə bəzi dairələrdə qəzəblə qarşılanır. Hesab olunur ki, neftin bahalanmasından sürtələ varlanan ərəb rejimləri dünyada təkfirçi islamçılığı yayır və daha sonra bundan düşmənlərinə qarşı silah kimi istifadə edirlər.
 
Image result for İSİS
 
Bir qədər əvvəl Almaniya kəşfiyyat xidmətləri olan BND və BFV ayrılıqda hesabatlar hazırlayaraq Səudiyyə Ərəbistanı, Küveyt və Qatarın radikal ideologiya (təkfirçi islam) yayan qrupları maliyyələşdirməkdə ittiham edib. Türkiyənin “Yeni Şafak” qəzetinin məlumatına görə, Almaniyanın “Süddeutsche Zeitung” qəzetində yayılan hesabatda körfəz ərəb ölkələrinin radikal islamçılığı yayan məscid, mədrəsələrə. o cümlədən din xadimləri və “dəvətçi” qrupları maliyyə verdiyi iddia olunur. 
 
Hesabatda sələfi hərəkatların dəstəklənməsinin 3 dövlət tərəfindən “uzun müddətli nüfuz strategiyasının” bir parçası olduğu qeyd edilir.

Səudiyyə Ərəbistanın Almaniyadakı səfiri kəşfiyyatın bu ittihamlarını rədd edib. Səfir bildirib ki, Səudiyyə Krallığı Almaniyada heç bir məscid inşa etmədiyini, imam göndərmədiyini və “alman sələfiliyi” ilə heç bir bağının olmadığını deyib.