|
Yük avtomobili Berlində yarmarkada kütlənin üstünə bilərəkdən sürülüb - VİDEO
İstintaqçılar hesab edirlər ki, yük avtomobili Berlində yarmarkada kütlənin üstünə bilərəkdən sürülüb.
 
Trend-in məlumatına görə, bu barədə TASS Berlin polisinə istinadən xəbər verib.
 
Qeyd edək ki, Berlində ötən gün naməlum şəxs yük avtomobilini Yeni il yarmarkasında insanların üzərinə sürüb və onları əzib.
 
Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
 
Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir.
 
 
 
cia.az