|
ABŞ-ın Türkiyədəki səfirliyi bağlandı

Bu gün ABŞ-ın Ankaradakı səfirliyi baş verən iki atışmanın səbəbindən bağlı olacaq.

Cia.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyinin "Twitter"dəki səhifəsində bu  haqda məlumat verilib.

Məlumata görə, ABŞ-ın Ankaradakı səfirliyi, həmçinin İstanbul və Adanadakı konsulluğu bu gün bağlanıb. Bildirilir ki, bu gün iş günü olmayacaq.

Xatırladaq ki, ötən gün Rusiyanın Ankaradakı səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürülüb.

cia.az