Türkiyədə silahlı şəxs ABŞ-ın Ankaradakı səfirliyinə hücum etmək istəyib.
Polis hücum edən şəxsin qarşısını ala bilib.
O, səfirliyin binasına atəş açıb. Polislərin müdaxiləsindən sonra onu saxlamaq mümkün olub.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb.
Cia.az
