|
Sui-qəsdçinin evindən 15 iyul çevrilişinə dair sənəd tapıldı - Foto
Türkiyənin paytaxtı Ankarada Rusiya səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Mərd Altıntaşın kimliyinə dair diqqət çəkən məqamlar gün üzünə çıxmağa başlayır.
Sui-qəsdçinin ailəsinin yaşadığı ünvanda axratış aparan polislər Mevlüt Merd Altıntaşın 15 iyulda dövlət çevrilişinə cəhd edilən vaxt müvəqqəti olaraq Diyarbəkirə göndərildiyi haqda sənəd tapıblar. 
M.Altıntaşı 2 günlük Diyarbəkirə göndərən Diyarbakır Cevik Polis Alayının rəisi Kahraman Sezer isə hazırda həbsdədir. Kahraman Sezerin cevrilişə cəhddən sonra başladılan FETÖ/PYD istintaqı çərçivəsində tutulduğu qeyd edilir. 
Əldə edilən məlumata görə, sui-qəsdçi Rusiya səfirini öldürmək üçün sərginin keçirildiyi salonun yanındakı oteldə nömrə tutaraq qətli həyata keçirmək üçün əvvəlcədən otel otağında hazırlıq görüb. Səfirin həmin sərgidə iştirak edəcəyi isə qatilə gizli məlumat olaraq ötürülüb. 
 
 “Sabah” qəzetinin xəbərinə görə isə “Today’s Zaman” nəşrinin Ankara təmsilçisi Abdullah Bozkurt 3 gün əvvəl Türkiyədəki səfirlərin güvəndə olmadığı haqqında yazı yazıb. Buradakı ilginc məqam odur ki, Rusiya səfirini qətlə yetirən qatilin də Abdullah Bozkurtun evində qaldığı müəyyən edilib. Digər tərəfdən, Mert Altıntaşın FETÖ təşkilatının ən güclü olduğu İzmirdəki Rüştü Ünal Polis məktəbindən məzun olduğu üzə çıxıb. 
 
Qeyd edilir ki, qatil 2012-ci ildə polis məktəbinə imtahan verərkən əvvəlcədən ötürülən cavabları işarələyərək qəbul olanlardandır. 

Son dakika: Rus Büyükelçi'yi vuran Mevlüt Mert Altıntaş hakkında şok belge!