|
Novruz Məmmədov: "Bu qanlı terror aktına heç bir bəraət ola bilməz!"
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd nticəsində öldürülməsini qınayıb. 
Bu barədə N.Məmmədov şəxsi “Twitter” hesabında yazıb. 
N.Məmmədov hadisə ilə bağlı bunları yazıb: “Rusiya səfirinin qətlə yetirilməsi lənətə laiqdir! Bu qanlı terror aktına heç bir bəraət ola bilməz! Səfirə suiqəsd terrorun ən vəhşi formalarından biridir”.
 
Cia.az