|
FİFA millimizin rəqibini cərimələdi

FİFA Şimali İrlandiya  Futbol Federasiyası cəzalandırıb.
Qol.az-ın məlumatına görə, buna səbəb britaniyalıların  DÇ-2018-in  seçmə  mərhələsinin IV turunda millimizlə  oyuna formlarında silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan xaş-xaş təsviri ilə çıxması olub.

FİFA bunu siyasi rəmz hesab edir. Buna görə də Şimali İrlandiyanı 11 min 700 funt-sterlinq məbləğində cərimələnib.

Ali futbol qurumu Şimali İrlandiya ilə yanaşı, İngiltərə, Şotlandiya, Uels və İrlandiya futbol federasiyalarına da cərimə kəsib. 

Cia.az