|
Türkiyə Superliqasında 15-ci tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, millimizin hücumçusu Deniz Yılmazın formasını geydiyi “Bursaspor” öz meydanında “Antalyaspor”u qəbul edib. Meydana start heyətində çıxan Deniz görüşü əvəzolunmadan keçirib. Yığmamızın forvardı 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Matç “Bursaspor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarının sayını 27-ə çatdıran Yılmazın komandası turnir cədvəlində beşinci yeri tutur. Cia.az
|
