|
Türkiyə Superliqasında 15-ci tura yekun vurulub.
Qol.az xəbər verir ki, turun son matçında “Fənərbaxça” öz meydanında “Gənclərbirliyi”ni qəbul edib. Matç İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sounun dublu və Fernandaonun qolu “Fənər”ə böyükhesablı qələbə qazandırıb. Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran “Fənərbaxça” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Gənclərbirliyi” isə 19 xalla səkkizincidir. cia.az
|
