Aparıcı və aktrisa Hande Ataizi Nişantaşında görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onu küçədə görənlər tanımayıb. Çünki üzünü tamamilə örtən bir üst geyimində olan və gözünə də eynək taxan Hande tamamilə tanınmaz görkəmdə olub.
Aparıcı bu cür geyinməyinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, soyuğa qarşı ən yaxşı seçim bədəni tamamilə örtən bir üst geyimi geyinməkdir.
“Əynimdə gördüyünüz bu palto sayəsində üşümürəm. Mənim üçün sağlığım üzdən necə görünməyimdən daha önəmlidir”, - deyə aktrisa bildirib.

Cia.az
