|
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 5-i yaralanıb
Suriyanın Əl- Bab bölgəsinin terrorçulardan təmizlənməsi əməliyyatı zamanı yaralanan Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. 
Bu haqda Türkiyə KİV-ləri məlumat yayıb.
Bundan başqa, ilkin məlumatda yaralıların sayı 7 göstərilmişdi. Sonradan yaralıların sayının 5 olduğu dəqiqləşib. 
 
*** 
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi anti-terror əməliyyatı zamanı 7 hərbçi yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Kilis rayonundakı dövlət xəstəxanasına yerləşdirilib. 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatları həyata keçirir.  
cia.az