|
ABŞ-dan prezidentə əfv üçün məktub göndərildi
Əlil-arestant Rauf Sultanovun ABŞ-da yaşayan yaxınları onun əfv olunması üçün ölkə rəhbərliyinə məktub yazıblar. R.Sultanovun bacısı Aynur Sultan Gülişık tərəfindən imzalanan məktubda əlil-arestantın əfv ediləcəyinə ümid ifadə olunur: 
“Hörmətli prezident! Əfv Komissiyasına təqdim edilmiş sənədlərdən görünür ki, qardaşım və hər iki valideynimiz əlildirlər. Rauf Sultanov sağalmaz xəstəlikdən əziyyət çəkir. Ona qarşı şikayət və tələb yoxdur. Bu gün də həbsdə ikən həkim nəzarətindədir. Müsbət xarakterizə olunur. Ölkədaxali hüquq müdafiə vasitələri tükənib. Qardaşımın həbsdən azad olunması yalnız sizin əfv fərmanınız vasitəsi ilə mümkün ola bilər. Ailəmiz ümid edir ki, humanizm prinsiplərin əsas götürülərək Rauf Sultanov əfv olunaraq  azad ediləcək”.
Qeyd edək ki, anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov 3 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. 
Cia.az