|
Ukrayna hərbçiləri ilə separatçılar arasında döyüş baş verib, ölən və yaralananlar var
Donbasda Svetlodarsk şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib.
 
APA-nın məlumatına görə, bu barədə Ukrayna Antiterror Əməliyyatı Qərargahının məlumatında bildirilir. Məlumata əsəsən, dekabrın 18-də baş verən toqquşmalarda 5 Ukrayna hərbçisi həlak olub, 6-sı yaralanıb.
 
“Svetlodarsk istiqamətində Ukrayna ordusu ilə separatçılar arasında gedən döyüşlərdə 20 terrorçu ölüb, 30-u  isə yaralanıb”, məlumatda qeyd olunub.
cia.az