Almaniyada metro stansiyasında qadını arxadan təpiklə vuraraq sağlamlığına ciddi xəsarət yetirən gənc oğlanların kimliyi müəyyən edilib.
Almanları şoka salan görüntülərdə yer alan Bolqarıstan vətəndaşı Svetoslav Stoikov artıq həbs edilib. Onu 6 ildən 10 ilə qədər həbs gözləyir.
Bütün dünyanı təəccübləndirən olay oktyabrın 26-da Hermann küçəsindəki metro stansiyasında olmuşdu. 26 yaşlı qadın oğlanlardan birinin təpik zərbəsindən sonra pilləkəndən üzüaşağı gələrək yıxılmışdı.
Hadisə Almaniyada irqçi qrupların daha da radikallaşmasına səbəb olmuşdu.
cia.az
