|
Türkiyədə antiterror əməliyyatı: 25 PKK-çı tutuldu

Türkiyənin Şırnak şəhərində PKK terrorçularına qarşı təşkil olunmuş antiterror əməliyyatında 25 terrorçu həbs edilib. 

Bu barədə xəbər Türkiyənin Milliyet.com saytında yer alıb. Şırnak valiliyindən verilən məlumata görə, şəhər mərkəzində təşkil olunan əməliyyatda 25 terrorçu tutulub, 25 “Kalaşnikov” avtomatı, 740 fişəng, 1 tüfəng ələ keçirilib.  
Valilikdən terrorçulara qarşı əməliyyatların davam etdirildiyi bildirilib. 
Cia.az