Hollivudun tanınmış kino aktrisası Ja Ja Qabor 99 yaşında dünyasını dəyişib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, macar əsilli aktrisanın ölümünə səbəb ürək tutması olub. Halı pisləşən Ja Ja Qabor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
2017-ci ilin fevralında Hollivud ulduzunun 100 yaşı tamam olacaqdı.
Ja Ja Qabor “Mulen Ruj” və “Üç sevgi hekayəsi” kimi məşhur filmlərdə çəkilib.
cia.az
