|
Qroznıda xüsusi əməliyyat keçirilib, 7 silahlı məhv edilib, 4 nəfər saxlanılıb
Çeçenistanın paytaxtı Qroznıda silahlı qruplaşmaların zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat keçirilib.
"Report" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri lideri Ramzan Kadırov məlumat verib.
Onun sözlərinə görə, əməliyyat zamanı 7 silahlı məhv edilib. Daha 4 nəfər isə saxlanılıb. Onlardan 3-ü əməliyyat zamanı odlu silahdan açılan atəş zamanı yaralandığından xəstəxanaya yerləşdirilib. 
cia.az